Rus dilində danışmayan məmurlar işdən çıxarılacaq
Day.Az представляет новость на азербайджанском языке
Qazaxıstan prezidenti Nursultan Nazarbayev rus dilində edilən müraciətlərə qazax dilində cavab verən məmurların işdən çıxarılması barədə göstəriş verib.
Day.Az bildirir ki, bu barədə azvision.az Rusiya KİV-nə istinadən xəbər verir.
"Əgər vətəndaş rus dilində müraciət edibsə, ona rus dilində cavab verilməlidir. Rus dilində danışan şəxsə qazax dilində cavab verən məmurları işdən çıxarmaq lazımdır!" - deyə Nazarbayev vurğulayıb.
Prezident vurğulayıb ki, Qazaxıstanda müxtəlif millətlər yaşayır: "Bəzi məmurlar irəli getmək və hamını qazax dilində danışmağa məcbur etmək istəyirlər. Lakin biz çoxmillətli ölkəyik. Bunu nəzərə almaq lazımdır".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре