Salyanda 2 azyaşlı zəhərlənib

Day.Az представляет новость на азербайджанском языке

Salyanda bir gündə 2 uşaq zəhərlənib.

"Report" xəbər verir ki, rayonun Marışlı kənd sakini, 4 yaşlı Nərmin Emin qızı Əliyeva boya suyu içərək zəhərlənib.

Daha bir zəhərlənmə hadisəsi rayonun Kürqaraqaşlı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 4 yaşlı Rəhman İlham oğlu Səmədov rəng həlledicisi içərək zəhərlənib.

Hər iki xəstə Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.