Ukraynada SSRİ söhbətinə görə ara qarışdı

Day.Az представляет новость на азербайджанском языке

Ukraynanın "Azov" vətəndaş korpusunun fəalları (Ukrayna Milli Qvardiyasının eyni adlı hərbi hissəsinin nəzdində fəaliyyət göstərən təşkilatı) Kiyevdə SSRİ tərəfdarı olan yaşlı insanlara hücum ediblər.

Day.Az publika.az-a istinadən bildirir ki, hadisə SSRİ-nin saxlanılması haqqında referendumun ildönümü tədbirində baş verib.

Məlumata görə, yaşlı insanlardan biri başından yaralanıb. "Azov" vətəndaş korpusunun fəalları "separat"çıları qovduqlarını və "rusiyayönlü əlamətləri" məhv etdiklərini bildiriblər.
 
Qeyd edək ki, SSRİ-nin saxlanması haqda referendum 25 il əvvəl, 1991-ci il martın 17-də keçirilib. SSRİ Mərkəzi Referendum Komissiyasının yaydığı rəsmi məlumata görə, səsvermədə iştirak edənlərin 76 faizi SSRİ-nin saxlanmasının lehinə səs verib. Bununla belə, həmin ilin dekabrında SSRİ dağılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.