Avropa otelində bankiri qətlə yetirən şəxslər yenidən

Day.Az представляет новость на азербайджанском языке

"Avropa" hotelində qətl törədən Sənan Quliyev və Mövlud Səfərov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

Lent.az-ın məlumatına görə, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun icraatına verilib. Apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxışı martın 29-na təyin edilib.

Qeyd edək ki, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən və hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsinin ön səthinin sol tərəfindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

Sənan Quliyev və Mövlüd Səfərovun hər birini Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.