Bakı-Şamaxı yolunda sürüşmənin qarşısı alındı

Day.Az представляет новость на азербайджанском языке

Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində baş vermiş torpaq sürüşməsi nəticəsində çökən yol təmir edilib.

Day.Az bildirir ki, bu barədə Trend-ə "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda həmin ərazidə sürüşmənin qarşısı alınıb: "Sürüşüb yola doğru gələn torpaq qatı xüsusi texnikalar vasitəsilə çıxarılaraq kənara daşınıb. Təqribən həmin ərazidən 6-7 min kub torpaq daşınıb, bu günlər ərzində xüsusi terras yaradılıb və digər qabaqlayıcı tədbirlər görülüb".

A.Nəcəfli bildirib ki, ərazidə hazırda problem müşahidə olunmur.

Xatırladaq ki, bu il fevralın 27-də Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi nəticəsində çökmə baş vermişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.