Xalq şairinin ikinci ayağı da amputasiya olundu
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.
Day.Az bildirir ki, bu barədə report-a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.
Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib".
Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub.
Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.
Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре