"Yerdən şüşəni götürüb qorxutdum, dedim ki..."

Day.Az представляет новость на азербайджанском языке

Bakıda oğrular saxlanılıb.

Daxili işlər orqanları mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq və quldurluq cinayətlərinin qarşısının alınması və açılması istiqamətində bir neçə uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Belə ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Bölməsinə rayonun naməlum şəxsin Bakı şəhər sakini Orxan Sultanova zor tətbiq edib mobil telefonunu alması barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Əli Məmmədov tutularaq istintaqa təqdim edilib.

Saxlanılan şəxs: "Aprelin 2-də, "5 mərtəbə" ərazisində tanıdığım şəxsdən telefonu aldım, qaçıb getdim. Telefonu da satdım".

Day.Az Region TV-yə istinadən xəbər verir ki, bölmə əməkdaşlarının keçirdiyi daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq cinayəti törətməkdə şübhəli bilinən daha bir nəfər saxlanılıb. Belə ki, keçirilən əməliyyat nəticəsində Şirvan şəhər sakini Elməddin Abdullayevtutulub. O, rayon ərazisində soyğunçuluq yolu ilə bir nəfər şəxsin mobil telefonunu ələ keçirib.

Saxlanılan şəxs: "Kafedə oturmuşduq. Çıxanda dedim ki, sənlə işim var. Gəldik "Qarabağ" otelinin yanına. Dedim ki, ver telefonuna baxım. Telfonu aldım, qaytarmadım, dedim ki, vermirəm. Yenə istədi, dedim ki, gəl yuxarı, sənlə işim var. Yerdən şüşəni götürüb qorxutdum, dedim ki, vermirəm".

Bölmə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonunda yerləşən mağazalardan birindən oğurluq edən paytaxt sakini Ceyhun Rzayevsaxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, C.Rzayevin oğurluq etməsi obyektin mühafizəçisinin diqqətindən yayınmayıb. Bu səbəbdən saxlanılan şəxs hadisə zamanı onun qarşısını almaq istəyən mühafizəçiyə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirib.

Saxlanılan şəxs: "Oğurluq elədim, çıxanda mühafizəçi yaxınlaşdı mənə, saxlamaq istədi. Mən də qorxutmaq üçün bıçağı çıxartdım. O da əl atıb bıçaqdan tutdu, öz əlini kəsdi".

Qeyd edilən faktlarla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları saxlanılan şəxslərin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nin 22-ci PB-nə müraciət edə bilərlər.

Bakıda daha bir oğurluq faktının üstü açılıb. Səbail rayon 8-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də və 8-də Bakı şəhər sakinləri Ağamir Dadaşova və Zamanəddin Qaflanova məxsus evlərdən pul, qızıl əşyalar və sənəd oğurlamış həmyerliləri Niyaməddin Nəsibov, Elxan Əzimov və Aslan Əlizadə tutulublar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər cinayət əməllərini etiraf ediblər. Faktla bağlı artıq cinayət işi açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.
Oğru: