İki nəfərin ölümünə səbəb olan sürücü məhkəmə zalında qandallandı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 2 nəfərin ölümə səbəb olan ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Vahid Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Day.Az Trend-ə istinadən bildirir ki, hakim Əlisultan Osmanovun sədrliyi keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Vahid Quliyev barəsində seçilən heç yerə getməməklə bağlı qəti imkan tədbiri dəyişdirilərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, yol nəqliyyat hadisəsi keçən il Quba rayonu ərazində baş verib. Rayon sakini V.Quliyevin idarə etdiyi "Hovo" və Tərtər rayon sakini Fariz Həsənovun idarə etdiyi "Ford" markalı avtomobillər toqquşub.

F.Həsənov və sərnişini, Neftçala rayon sakini Nəsib Məmmədov hadisə yerində ölüblər. V.Quliyevə Cinayət Məcəlləsinin 263 (ölünlə nəticələn yol-nəqliyyat hadisəsi) maddəsi ilə ittiham verilib.

İstintaq dövründə V.Quliyev barəsində həbs qəti imkan tədbiri seçilməyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.