https://news.day.az/azerinews/777447.html "Neftçi"də ciddi itki

"Neftçi"də ciddi itki

Azərbaycanca, 5 мая 2016 09:42 (UTC +04:00) 795
"Neftçi"də ciddi itki

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Kubokunun finalına vəsiqə qazanan "Neftçi" ciddi itki ilə üzləşib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qarabağ"la həlledici qarşılaşmaya Aylton Silvasız çıxacaq.

Braziliyalı legioner mayın 25-də keçiriləcək final matçını cəza üzündən buraxacaq. Buna onun mövsümdə 2-ci sarı vərəqəsini alması səbəb olub.
 
"Qəbələ" ilə yarımfinalın cavab matçında (1:1, pen.3:4) xəbərdarlıq alan Aylton ilk belə cəzasını 1/8 finalda görmüşdü. O, "Qaradağ-Lökbatan"la (8:0) matçda sarı vərəqə görmüşdü.
 
Braziliyalı final matçını cəza üzündən buraxacaq yeganə oyunçudur. Belə ki, "Qarabağ"ın heyətində belə futbolçu yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости