Kanadanı alov bürüyüb - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Kanadada Albert vilayətində meşə yanğınlarının ərazisi 85 min hektara çatıb.
Day.Az Trend-ə istinadən bildirir ki, 49 yanğın ocağının söndürülməsinə 1100-dən çox yanğınsöndürən, 145 helikopter, 138 ədəd ağır texnika və 22 təyyarə cəlb olunub.
Yanğınlar Fort-Makmürrey şəhərinin yaxınlığında tuğyan edir. Daha öncə hakimiyyət yaşayış məntəqəsinin bütün əhalisinini - 80 mindən çox adamı təxliyə edib. Şəhərdə 1600-dan çox ev yanıb. Xəsarət alan barədə məlumat yoxdur.
Frans Press agentliyi yazır ki, Albert vilayətində 100 minə yaxın insan yanğından xilas olunmağa çalışır və evlərini tərk edirlər.
Maşınların çoxluğu alova bürünmüş meşələr zonasında yolda uzun tıxaclara səbəb olur.
Kanada hakimiyyəti Alberta vilayətində fövqəladə vəziyyət elan edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Videonu izləmək üçün şəkilə klikləyin.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

