Azərbaycan - Belçika oyununu çexiyalı hakim idarə edəcək

Day.Az представляет новость на азербайджанском языке

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında II turun oyunlarını idarə edəcək hakimlər müəyyənləşib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, A və B qruplarındakı hakim təyinatları açıqlanıb.

Sabah Belçika ilə qarşılaşacaq yığmamızın qarşılaşmasında çexiyalı Petr Ardeleanu ədalət təmsilçisi olacaq.
 
FİFA dərəcəli hakimlərimiz Əliyar Ağayevlə Orxan Məmmədov isə müvafiq olaraq Portuqaliya - Şotlandiya və Ukrayna - Avstriya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
 
 
8 may
II tur
 
A qrupu
15:30. Portuqaliya - Şotlandiya

Baş hakim: Qunnar Yarl Yonsson  (İslandiya)
Baş hakimin köməkçiləri: Ceyhun Sesigüzel (Türkiyə), Alen Heyniger (İsveçrə)
Dördüncü hakim: Əliyar Ağayev (Azərbaycan)
"Dalğa Arena"
 
19:00. Azərbaycan - Belçika
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Emmett Dinan (İrlandiya), Edvard Spiteri (Malta)
Dördüncü hakim: Alen Duro (Lüksemburq)
8-ci km qəsəbə stadionu
 
B qrupu
14:00. Ukrayna - Avstriya

Baş hakim: Sveyn Erik Edvartsen (Norveç)
Baş hakimin köməkçiləri: Lazaros Dimitriadis (Yunanıstan), Levan Varamişvili (Gürcüstan)
Dördüncü hakim: Orxan Məmmədov (Azərbaycan)
8-ci km qəsəbə stadionu
 
19:00. Almaniya - Bosniya və Herseqovina
Baş hakim: Peter Kraloviç (Slovakiya)
Baş hakimin köməkçiləri: Vasili Ermişin (Moldova), Balaj Buzas (Macarıstan)
Dördüncü hakim: Sergeyus Sliva (Litva)
"Dalğa Arena"

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.