AVRO-2016: Daha üç komanda 1/4 finalı təmin edə bilər

Day.Az представляет новость на азербайджанском языке

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində ikinci turun növbəti oyunları keçiriləcək.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, C və D rupunda çıxış edən komandalar ikinci sınaqlarında üz-üzə gələcəklər.

İlk olaraq meydana Danimarka və İsveç milliləri çıxacaqlar. Saat 14:00-da start veriləcək görüş Bakı Olimpiya stadionunda baş tutacaq. Ötən matçda İngiltərəyə qalib gələn İsveç millisi bu oyunda sevinəcəyi halda 1/4 finala çıxmağı rəsmiləşdirəcək.
 
Növbəti matç Suraxanı qəsəbə stadionunda İtaliya ilə Hollandiya arasında oynanılacaq. Bu görüş isə saat 16:00-da start götürəcək. "Narıncılar" bu oyunda da uduzsalar, işlərini çətinə salmış olacaqlar. İtaliya isə qalib gələcəyi halda növbəti mərhələni təmin etmiş olacaq.
 
Günün 3-cü qarşılaşmasında Serbiya ilə İspaniya münasibətlərinə aydınlıq gətirəcəklər. Saat 17:00-da başlayacaq qarşılaşma da Bakı Olimpiya stadionunda keçiriləcək. İkincilərin favorit olduğu görüş "buğalar"ın növbəti mərhələyə yüksəlməsini rəsmiləşdirə bilər.
 
Və nəhayət günün son oyununda Fransa İngiltərə ilə saat 20:00-da Suraxanı qəsəbə stadionunda qarşılaşacaq. Bu oyun hər iki komandanın şanslarını davam etdirməsi baxımından son fürsətidi. Dueldən məğlub ayrılan kollektiv böyük ehtimalla qrupda qalmış olacaq.
 
U-17-lər arasında AÇ-2016-nın final mərhələsi
Qrup mərhələsi, II tur
 
C qrupu
 
14:00. Danimarka - İsveç
Bakı Olimpiya Stadionu
 
20:00. Fransa - İngiltərə
Suraxanı qəsəbə stadionu

Komanda

O

Q

H

M

T/F

X

İsveç

1

1

0

0

2:1

3

Danimarka

1

0

1

0

0:0

1

Fransa

1

0

1

0

0:0

1

İngiltərə

1

0

0

1

1:2

0

D qrupu

16:00. İtaliya - Hollandiya

Suraxanı qəsəbə stadionu

17:00. Serbiya - İspaniya

Bakı Olimpiya Stadionu

Komanda

O

Q

H

M

T/F

X

İspaniya

1

1

0

0

2:0

3

İtaliya

1

1

0

0

2:1

3

Serbiya

1

0

0

1

1:2

0

Hollandiya

1

0

0

1

0:2

0

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.