"Kəpəz" 3-cü yeri əldən verir, "İnter" qalib gəlir
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Premyer Liqanın 34-cü turunun oyunları keçirilir.
Trend-in məlumatına görə, "Kəpəz" Gəncə şəhər stadionunda "Neftçi"ni qəbul edib. İlk qol meydan sahiblərindən gəlib - 4-cü dəqiqədə Julien Ebah fərqlənib.
Paytaxt təmsilçisinin cavab qolunu 49-cu dəqiqədə Salas Quinta Antonio vurub. 80-ci dəqiqədə isə Ruslan Qurbanov penalti zərbəsini dəqiq yerinə yetirib - 1:2. Beləliklə, gəncəlilər doğma meydan amilindən yararlana bilməyiblər.
AZAL "Zirə" ilə qarşılaşıb. 68-ci dəqiqədə Nuqzar Kvirtiya "təyyarəçilər"i önə keçirsə də, 18 dəqiqə sonra Viktor İqbekoyi bərabərliyi təmin edib - 1:1.
"İnter" isə "Xəzər Lənkəran"ı sınağa çəkir - 2:0 (ilk hissənin nəticəsi)
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре