Millimiz Şotlandiyanı belə məğlub etdi

Day.Az представляет новость на азербайджанском языке

Dünən 17 yaşadək futbolçular arasında Azərbaycanda keçirilən Avropa çempionatında A və B qruplarında son turun oyunları keçirilib.

Day.Az qol.az-a istinadən bildirir ki, yığmamız həlledici oyuna çıxıb.

Təbriz Həsənovun komandası qrupun son görüşündə Şotlandiya millisi ilə qarşılaşıb. Komandamız qrupdan çıxmaq üçün Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməli idi. 

Yığmamız şotlandları 1:0 hesabı ilə məğlub edərək turnirdə ilk qələbəsini qazanıb. Lakin digər oyunda heç-heçə qeydə alındığından milli komandamız qrup mərhələsini üçüncü pillədə başa vurub. A qrupundan Portuqaliya və Belçika yığmaları 1/4 finala adlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

UEFA U-17 AÇ: Şotlandiya - Azərbaycan 0:1