https://news.day.az/azerinews/779684.html Prosineçki Türkiyədə oynayan futbolçuya dəvət göndərdi - FOTO

Prosineçki Türkiyədə oynayan futbolçuya dəvət göndərdi - FOTO

Azərbaycanca, 12 мая 2016 11:10 (UTC +04:00) 1 020
Prosineçki Türkiyədə oynayan futbolçuya dəvət göndərdi

Day.Az представляет новость на азербайджанском языке

Mayın 23-dən iyunun 4-dək Avstriyada təlim-məşq toplanışında olacaq Azərbaycan yığmasına çağırılan bir futbolçunun adına aydınlıq gəlib.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu ölkədə oynayan Ufuk Budak həmin toplanışda iştirak edəcək.

PTT I Liqada çıxış edən "Qaziantep Böyükşəhər Bələdiyyəspor"un oyunçusuna artıq rəsmi dəvət də gedib. Türkiyə mətbuatı millimizin baş məşqçisi Robert Prosineçkinin Andorra, Makedoniya və Kanada ilə yoldaşlıq görüşlərində Almaniyada doğulan Budaka güvənəcəyini yazıb.
 
Qardaş ölkə KİV-i həmçinin uğurlu mövsüm keçirən 25 yaşlı müdafiəçinin Superliqa klublarının maraq dairəsində olduğunu da vurğulayıb. Onun komandası ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, istənilən kluba havayı keçə bilər.
 
Qeyd edək ki, Ufuk Budak bu mövsüm çempionatda 26 oyun keçirib, aktivinə 2 qol yazdırıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Prosineçki Türkiyədə oynayan futbolçuya dəvət göndərdi
  • Prosineçki Türkiyədə oynayan futbolçuya dəvət göndərdi
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости