https://news.day.az/azerinews/789678.html AÇ-2016: "qoca"lardan ibarət simvolik komanda hazırlandı

AÇ-2016: "qoca"lardan ibarət simvolik komanda hazırlandı

Azərbaycanca, 9 июня 2016 09:40 (UTC +04:00) 984
AÇ-2016: "qoca"lardan ibarət simvolik komanda hazırlandı

Day.Az представляет новость на азербайджанском языке

UEFA Avropa çempionatında iştirak edəcək yaşı 35-dən yuxarı olan oyunçulardan ibarət simvolik komanda hazırlayıb. 

Apasport.az-ın məlumatına görə, Fransada təşkil ediləcək qitə birinciliyinə 552 futbolçu qatılacaq ki, onlardan da 21-nin yaşı 35 və yuxarıdır.

Qurumun rəsmi saytı 35 yaşdan yuxarı olan futbolçulardan ibarət ən yaxşı 11-lik tərtib edib. Siyahıya aşağıdakı futbolçular daxil edilib:
 
Qapıçı: Canluici Buffon (İtaliya).
 
Müdafiəçilər: Rezvan Rat (Rumıniya), Rikardo Karvalyo (Portuqaliya), Andrea Barzaqli (İtaliya), Patris Evra (Fransa).
 
Yarımmüdafiəçilər: Anatoli Timoşuk (Ukrayna), Luçan Sınmertean (Rumıniya), Tomaş Rositski (Çexiya).
 
Hücumçular: Aris Aduris (İspaniya), Eydur Qudyonsen (İslandiya), Robbi Kin (İrlandiya).

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости