Şou bu gün başlayır! - "qırğın" olacaq
Day.Az представляет новость на азербайджанском языке
Bu gün futbol üzrə Avropa çempionatına start veriləcək.
Day.Az apasport.az-a istinadən bildirir ki, bir ay davam edəcək həyəcanlı marafonun ilk qarşılaşması meydan sahibləri Fransa millisi ilə Rumıniya arasında baş tutacaq.
Qitə birinciliyinin açılış matçının iştirakçıları A qrupunda mübarizə aparırlar. Meydan sahibləri doğma azarkeş amilini də nəzərə almaqla bu qrupun əsas favoritidirlər. Ancaq Rumıniya millisi də çempionata turist kimi qatılmayıb.
Əsas hədəfi ikincilik olan karpatlılar bu niyyətlərinə çatmaları və İsveçrə ilə yer uğrunda mübarizə aparmaq üçün ilk növbədə turnirə uğurlu start vermək istəyirlər.
Qrupun digər oyunu isə bir gün sonra, iyunun 11-də keçiriləcək ki, bu qarşılaşmada Albaniya İsveçrə ilə oynayacaq.
Avropa çempionatı
Qrup mərhələsi
A qrupu
10 iyun
23:00. Fransa - Rumıniya
Hakimlər: Viktor Kaşşai
Yan xətt hakimləri: Dyord Rinq, Ventsel Tot
Əlavə köməkçi-hakimlər: Tamaş Boqnar, Adam Farkaş
Dördüncü hakim: Byorn Kuypers (hamısı Macarıstan)
Sen-Deni. "Stad de France"
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре