AÇ-2016: İspaniya qazandı - YENİLƏNİB - VİDEO - FOTO
Day.Az представляет новость на азербайджанском языке
----------
18:50
Milli.Az bildirir ki, İspaniya - Çexiya oyunu başa çatdı. Oyunda yeganə qolu Jerar Pike 87-ci dəqiqədə başı ilə vurdu.
İspaniya - Çexiya - 1:0
87` Jerar Pike
----------
16:57
Milli.Az bildirir ki, İspaniya - Çexiya oyunu başlandı.
İspaniya - Çexiya - 0:0 (birinci hissə)
Tuluza. Şəhər stadionu
---------
09:25
Bu gün AÇ-2016-nın qrup mərhələsinin ilk turu çərçivəsində daha 3 qarşılaşma baş tutacaq.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, meydana ilk olaraq son çempion İspaniya millisi çıxacaq.
D qrupunda yer alan "buğalar" Fransaya seçmə mərhələnin lideri kimi gəlmiş Çexiya ilə qarşılaşacaqlar. Visente del Boskenin yetirmələri hər zaman olduğu kimi bu turnirin də favoritidir. Qrupun digər matçında Xorvatiya Türkiyəyə qalib gəlib.
E qrupunda isə iki görüş keçiriləcək. İlk olaraq İrlandiya İsveçlə oynayacaq. Zlatan İbrahimoviç və komanda yoldaşları çempionata qələbə ilə başlamağı hədəfləyirlər. İrlandiya yığması da mötəbər turnirə izləyici kimi gəlmədiklərini sübut etmək istəyir.
Daha sonra isə meydana Belçika və İtaliya milliləri çıxacaqlar. Yüksək səviyyəli oyunçulardan qurulmuş heyəti ilə çempionluğa əsas namizədlərdən biri olan "qırmızı şeytanlar" nəsildəyişmə prosesi keçirən İtaliyanı məğlub edərək turnirə uğurlu start vermək istəyirlər.
Avropa çempionatı
Qrup mərhələsi
13 iyun
D qrupu
17:00. İspaniya - Çexiya
Baş hakim: Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkeviç
Əlavə köməkçi hakimlər: Pavel Razkovski, Tomaş Musial (hamısı Polşa)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Ehtiyat yan xətt hakimi: Vitali Malutsin (Belarus)
Hakim-inspektor: Kiros Vassaras (Yunanıstan)
UEFA nümayəndəsi: Ales Zavrl (Sloveniya)
Tuluza. Şəhər stadionu
|
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
Xorvatiya |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
|
İspaniya |
0 |
0 |
0 |
0 |
0:0 |
0 |
|
Çexiya |
0 |
0 |
0 |
0 |
0:0 |
0 |
|
Türkiyə |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
E qrupu
20:00. İrlandiya - İsveç
Baş hakim: Milorad Maziç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curcyeviç
Əlavə köməkçi hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Matey Yuq (Sloveniya)
Ehtiyat yan xətt hakimi: Yure Praprotnik (Sloveniya)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Yanis Mezeçkis (Latviya)
Sen-Deni. "Stad de Frans"
23:00. Belçika - İtaliya
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Cek Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Karlos del Kerro Qrande (İspaniya)
Ehtiyat yan xətt hakimi: Xuan Yuste Ximenes (İspaniya)
Hakim-inspektor: Damyar Damkova (Çexiya)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

