AÇ-2016: Türkiyə qol buraxır, Ozan Tufan saçını düzəldir
Day.Az представляет новость на азербайджанском языке
Avropa çempionatına uğursuz start götürən Türkiyə millisi olduqca zəif çıxış etdiyi ilk matçında Xorvatiyaya (0:1) məğlub olub.
Day.Az apasport.az-a istinadən bildirir ki, yerli azarkeşlərin məğlubiyyətə görə, ən çox tənqid etdiyi futbolçu Ozan Tufandı.
Qarşılaşmanın 41-ci dəqiqəsində xorvatlara qələbə gətirən qol epizodunda gənc oyunçunun hərəkəti fanatları özündən çıxarıb. Belə ki, 21 yaşlı yarımmüdafiəçi rəqib futbolçu Luka Modriçin cərimə meydanı qarşısından zərbəsi öncəsi topun üstünə şığımaq əvəzinə saçını düzəltməsi ilə diqqət çəkib. Onun bu hərəkəti kameraların da obyektinə düşüb.
Bundan qəzəblənən türkiyəli azarkeşlər sosial şəbəkələr vasitəsilə zərbə anında saçını düzəltməyi topun önünə tullanmaqdan üstün tutan Ozanı hədəfə alaraq, gənc oyunçunu təhqiramiz ifadələrə "qonaq" ediblər.
Futbol ictimaiyyəti isə "Fənərbağça"da ehtiyatda oturan Ozan Tufanı 90 dəqiqə meydanda saxladığı üçün baş məşqçi Fatih Terimi tənqid atəşinə tutub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре