"Avro-2016-nın ən güclü müdafiə xətti İtaliyadadır”

Day.Az представляет новость на азербайджанском языке

İtaliya millisinin yarımmüdafiəçisi Emanuele Cakkerini "Avro-2016"nın ilk turunda Belçikaya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Day.Az qol.az-a istinadən bildirir ki, oyundan sonra "Sky İtalia"ya açıqlama verən matçdakı ilk qolun müəllifi Cakkerini deyib:

"Bizim üçün bu qələbə çox vacib idi. Qol vurduğuma sevinirəm. Amma İtaliyanin uğuru bundan daha vacibdir. Belçikanın gücü rəqib futbolçularının fərdi ustalığındadır. Onlar təkbətək epizodlarda qalib olmağa qadirdilər. Bizim müdafiə xətti əla oynadı. Fikrimcə, "Avro-2016"nın ən güclü müdafiə xətti İtaliyadadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.