Sabunçuda "Son zəng” tədbiri keçirildi - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
14 iyun 2016-cı il tarixində Sabunçu rayonu 81 № li tam orta məktəbdə paytaxtın bütün təhsil müəssisələrində olduğu kimi "Son zəng" tədbiri keçirildi.
Day.Az-ın məlumatına görə, məktəbi 67 məzun bitirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Məktəbin direktoru Mehriban Əli-zadə tədbiri açıq elan etmək üçün söz verildi. Direktor gələn qonaqlara "xoş gəlmisiniz" söylədi və məzunları təbrik edib gələcək həyatlarında uğurlar və müvəffəqiyyətlər arzu etdi.
Bu il Azərbaycanda "Multikulturalizm ili" elan olunduğu üçün ibtidai sinfin şagirdləri müxtəlif ölkələrin rəqsləri ilə təbrik etdilər.
Tədbir 11-cilərin çıxışları ilə yekunlaşdırıldı.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре