AÇ-2016: İkinci tur 3 oyunla başlayır
Day.Az представляет новость на азербайджанском языке
Bu gün Avropa çempionatında ikinci tura start veriləcək.
Apasport.az-ın məlumatına görə, gün ərzində üç qarşılaşma baş tutacaq ki, bunlardan ikisi A qrupunda, biri isə B qrupunda baş tutacaq.
İlk olaraq meydana Rusiya və Slovakiya milliləri çıxacaqlar. İlk turda İngiltərə ilə heç-heçəyə nail olaraq hər kəsi təəccübləndirən şimal qonşularımız turnirə məğlubiyyətlə start verən Slovakiya qarşısında da uğurlu gedişini davam etdirmək istəyəcək. Leonid Slutskinin yetirmələri qarşılaşmadan 3 xal ilə ayrılsalar, qrupdan çıxmaq üçün yaxşı şans əldə edəcəklər. Rəqib isə ilk matçdakı məğlubiyyətdən sonra iddiasını davam etdirmək üçün bu oyuna mütləq qələbə parolu ilə çıxacaq.
Günün ikinci oyununda Rumıniya İsveçrə ilə üz-üzə gələcək. Çempionatın açılış qarşılaşmasında meydan sahibləri ilə oynayan və 1:2 hesablı məğlubiyyətə üzülən rumınlar turnirə Albaniya qalibiyyəti ilə başlayan İsveçrə qarşısında ilk qələbəsini axtaracaq. Əks təqdirdə Yordaneskunun tələbələri birinciliklə erkən vidalaşmağı gözə almalı olacaqlar. İsveçrə isə qələbə ilə başladığı yarışda ikinci dəfə sevinməyi hədəfləyir. Mümkün qələbə onları 1/8 finala çox yaxınlaşdıracaq.
İkinci turun ilk gününün son oyununda isə meydan sahibləri Fransa millisi Albaniyanı sınağa çəkəcək. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin komandası minimalhesablı İsveçrə məğlubiyyətindən sonra ilk dəfə qatıldığı turnirdə sürprizə imza atmaq istəyir. Bunun üçün Didye Deşamın yetirmələri ilə oyunda xal və ya xallar qazanmaq yetərli olacaq. Fransızlar isə zəif rəqibi ilə oyunu da itkisiz keçərək qrupdan çıxmaq adına inamlı addım atmaq istəyirlər.
Avropa çempionatı
Qrup mərhələsi, II tur
15 iyun
B qrupu
17:00. Rusiya - Slovakiya
Baş hakim: Damir Skomina
Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan
Əlavə köməkçi hakimlər: Matey Juq, Slavko Vinçiç (hamısı Sloveniya)
Dördüncü hakim: Yonas Eriksson (İsveç)
Lill Metropol, "Stad Pyer Mauro"
B qrupu
|
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
Uels |
1 |
1 |
0 |
0 |
2:1 |
3 |
|
İngiltərə |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
|
Rusiya |
1 |
0 |
1 |
0 |
1:1 |
1 |
|
Slovakiya |
1 |
0 |
0 |
1 |
1:2 |
0 |
A qrupu
20:00. Rumıniya - İsveçrə
Baş hakim: Sergey Karasyov
Yan xətt hakimləri: Nikolay Qolubev, Tixon Kalugin
Əlavə köməkçi hakimlər: Sergey Lapoşkin, Sergey İvanov (hamısı Rusiya)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Paris, "Park des Prinses"
23:00. Fransa - Albaniya
Baş hakim: Villiam Kolum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Madden, Con Betton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Mixail Oliver (İngiltərə)
Marsel, "Velodrom"
|
Komanda |
O |
Q |
H |
M |
T/F |
X |
|
Fransa |
1 |
1 |
0 |
0 |
2:1 |
3 |
|
İsveçrə |
1 |
1 |
0 |
0 |
1:0 |
3 |
|
Albaniya |
1 |
0 |
0 |
1 |
0:1 |
0 |
|
Rumıniya |
1 |
0 |
0 |
1 |
1:2 |
0 |
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре