"Son zəng"də sevgi davası: 2 nəfər bıçaqlandı - YENİLƏNİB - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке
-----------
18:11
Gədəbəydə "Son zəng" şənliyi heç də ürəkaçan sonluqla nəticələnməyib. İçkinin təsirində olan gənclər bıçaq davasına çıxıblar, iki nəfər xəsarət alıb. Gəncədə də 31 yaşlı kişi bıçaqlanıb.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdənkənar təşkil olunan "Son zəng" şənliyində kütləvi dava baş verib. Dava zamanı əmi oğlanları - Yaşar və Röyal Nəbiyevlər bədənlərinin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. 18 yaşlı Röyal Nəbiyev Şəmkir Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsində əməliyyat olunub.
Roza Orucova - həkim: "Nəbiyev Röyal xəstəxanaya gətirilib. Diaqnozu qarının sağ tərəfinin arxa divarının daxilə keçməyən kəsilmiş-deşilmiş yarası, xarici qanaxma olub. Xəstəyə yardım edilib, hazırda vəziyyəti stabildir və müalicəsi davam olunur".
Yaralılardan digəri 21 yaşlı Yaşar Nəbiyev isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti nisbətən ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.
Suliddin Musayev - həkim: "Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə qəbul olunub və əməliyyat olunub. Diaqnozu qarının daxilə keçən kəsilmiş, deşilmiş yaraları piyliyin eventrasiyası. Hazırda xəstənin reanimasiya şöbəsində müalicəsi davam edir, ümumi vəziyyəti ağır stabildi. Müalicə davam edir".
İlkin ehtimallara görə, bıçaq davası sərxoşluq zəminində baş verib. Gənc yaşlarında eşqə düşən həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.
---------
15:24
İyunun 14-də Gədəbəy rayonunun Çaldaş kəndində keçirilən "Son zəng" tədbirində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı saxlanılan şəxslərin adları məlum olub.
Trend-in məlumatına görə, hadisə zamanı iki nəfəri bıçaqlamaqda şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və 1982-ci il təvəllüdlü Əli Məmmədov saxlanılıb.
Gədəbəy rayon Polis Şöbəsindən Trend-ə bildiriblər ki, hazırda hadisə ilə bağlı təhqiqat aparılsa da, fakta görə cinayət işi başlanmayıb. Hadisənin konkret hansı səbəbdən baş verdiyi də hələ məlum deyil.
----------
11:36
Gədəbəydə "Son zəng" şənliyində iki nəfər bıçaqlanıb.
Kəpəz TV (Region TV) xəbər verir ki, Gədəbəy rayonunun Çaldaş kəndində məktəbdənkənar təşkil olunan "Son zəng" şənliyində kütləvi dava baş verib.
Dava zamanı əmioğlanları - Yaşar və Röyal Nəbiyevlər bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. Yaralılardan biri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, digəri isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Gəncədə müalicə alan 21 yaşlı Yaşar Nəbiyevin səhhəti orta-ağır qiymətləndirilir. 18 yaşlı Royal Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsində əməliyyat olunub. Vəziyyəti nisbətən ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Gədəbəy Rayon Polis Şöbəsindən verilən məlumata görə, Nəbiyevlərin hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik dəqiq məlum deyil. Buna baxmayaraq, davanın iştirakçısı olan bir nəfər - 17 yaşlı Sərxan Tağıyev şübhəli şəxs kimi saxlanılıb.
İlkin məlumatlara görə, bıçaq davası sərxoşluq zəminində baş verib. Gənc yaşlarında eşqə düşən həmyerlilər kifayət qədər spirtli içki qəbul etdikdən sonra sevdikləri qıza görə qan töküblər.
Faktla bağlı cinayət işi başlanıb. Bu və digər versiyalar üzrə kütləvi davanın motivi araşdırılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре