AÇ-2016: Xorvatiya yığması Fransadan qovula bilər
Day.Az представляет новость на азербайджанском языке
Xorvatiya millisi Avropa çempionatından uzaqlaşdırıla bilər.
Day.Az apasport.az-a istinadən xəbər verir ki, buna səbəb azarkeşlərin Çexiya ilə görüşdəki hərəkətidir.
Dünən qrup mərhələsinin II turu çərçivəsində baş tutan qarşılaşmanın 86-cı dəqiqəsində xorvatiyalı fanatlar tribunalarda məşəllər yandıraraq, meydana atıblar. Bu üzdən baş hakim Mark Klattenburq bir müddət görüşü dayandırmalı olub. Bir müddət gözləyən ingiltərəli referi qapı arxasındakı tribunada azarkeşlər sakitləşdikdən sonra mübarizəni davam etdirib.
2:2 hesabı ilə başa çatan oyundan sonra Xorvatiya yığmasının yarımmüdafiəçisi İvan Rakitiç UEFA-dan ağır cəza ala biləcəklərini bildirib. O, hətta son turda meydana çıxmamaqdan qorxduqlarını da etiraf edib: "Bu, bizə baha başa gələcək. Görək İspaniyaya qarşı oynaya biləcəyikmi? UEFA bizi evə göndərə bilər".
Qeyd edək ki, İspaniya ilə Xorvatiya arasında qrupun son tur matçı iyunun 21-də keçiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре