Bəy və gəlin səs verib, şadlıq evinə yollandılar

Day.Az представляет новость на азербайджанском языке

Əvvəl səs verdilər, sonra şadlıq sarayına yollandılar.

Day.Az ARB TV-yə istinadən xəbər verir ki, Şəkidə 115 saylı dairə-seçki komissiyasının 6 saylı məntəqəsində maraqlı hadisə yaşanıb.

Bəy və gəlin səsvermədə iştirak ediblər. Baxmayaraq ki, onlar üçün həyatlarının ən əlamətdar günlərindən biridir, ancaq ölkə üçün əhəmiyyət kəsb edən referandum səsverməsindən kənarda qalmayaraq, əvvəlcə seçki məntəqəsinə gedərək səsvermədə iştirak ediblər.

Daha sonra bəylə gəlin seçki məntəqəsindən birbaşa şadlıq sarayına yola düşüblər.

Videonu izləmək üçün şəkilə klikləyin.

Bəy və gəlin səsvermədə iştirak etdilər - Şəkidə maraqlı hadisə

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.