Rusiyalı ekspertlər: "Dəyişikliklər islahatlar üçün bazis rolunu oynayacaq"

Day.Az представляет новость на азербайджанском языке

"Dövlət idarəçiliyi strukturunda vitse-prezidentlik institutunun yaradılması bu sistemin effektliyini artıracaq". SİA xəbər verir ki, bu barədə ria.ru saytına Moskva Dövlət Universitetinin postsovet məkanı üzrə tədqiqi Mərkəzinin direktor müavini, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat institutunun eksperti Aleksandr Karavayev Azərbaycanda keçirilən Referendum - ümumxalq səsverməsi ilə bağlı fikirlərini bölüşərkən deyib.

"Referendum nəticəsində ediləcək dəyişikliklərdən sonra prezidentin verdiyi qərarlar realizə olunması üçün daha qısa yol keçərək effektiv olacaq", - deyə qeyd edən Karavayev həmçinin bildirib ki, bu, xüsusilə iqtisadi və sosial amillərin inkişafı üçün əhəmiyyət kəsb edir.

Rusiyanın "Yujnıy Qafqaz" (Cənubi Qafqaz) siyasi klubunun rəhbəri İlqar Vəlizadə isə hesab edir ki, konstitusiyada ediləcək dəyişikliklər həm iqtisadi, həm də siyasi islahatların reallaşdırılması üçün hüquqi təməllər yaradır.

Ekspertlər əlavə ediblər ki, dəyişikliklər əsnasında vətəndaşların hüquqlarının pozulmasının qarşısının alınması və vətəndaş azadlıqlarının təminatı daha effektli şəkildə realizə olunacaq.  

Sonda həm Karavayev, həm də Vəlizadə belə nəticəyə gəliblər ki, dəyişikliklər islahatlar üçün baza rolunu oynayacaq və Azərbaycanın iqtisadi böhrandan daha az zərərlə çıxmasına şərait yaradacaq. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.