"Azərbaycanın seçki təcrübəsi öyrənilməlidir"

Day.Az представляет новость на азербайджанском языке

"Saat 8-dən Azərbaycanda keçirilən referendumla bağlı bir neçə məntəqədə olub, insanların səsverməsini müşahidə etmişəm. Yüksək seçki fəallığı mövcuddur". Day.Az bildirir ki, bunu SİA-ya açıqlamasında 29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçki prosesini müşahidə edən MDB təmsilçiləri Dmitrii Azarov və İlyas Umaxanov bəyan ediblər.

D.Azarov bildirib ki, Azərbaycanın seçki təcrübəsi çox mükəmməldir və bu təcrübə öyrənilməlidir: "Ümumxalq səsverməsinin azad və demokratik şəraitdə keçirilməsi üçün məntəqələrdə hər cür şərait, imkanlar yaradılıb. Seçicilər mütəşəkkil şəkildə məntəqələrə gələrək səsvermədə iştirak edirlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.