Avropalı müşahidəçi: "Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub"

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanda referendum peşəkar səviyyədə təşkil olunub. Bunu Trend-ə Avropa Xalq Partiyasının nümayəndə heyətinin rəhbəri Mario Enrike deyib.

O bildirib: "Gün ərzində 10-dan artıq seçki məntəqəsində olduq və saat 19:00-da isə 3 və ya 4 seçki məntəqəsinin bağlanışında olacağıq".

M.Enrike seçki komissiyasının işini alqışlayıb və səhər saatlarında yüksək seçki fəallığını vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.