Olqa Qolodets: "Bakı Beynəlxalq Humanitar Forumunun vəzifələri bəşəriyyət üçün önəmlidir"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda, belə müasir və dinamik inkişaf edən ölkədə olmaq böyük şərəfdir".

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiya baş nazirinin müavini Olqa Qolodets V Bakı Beynəlxalq Humanitar Forumda çıxış edərkən deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin qarşıya qoyduğu və forumda müzakirə ediləcək vəzifələr bəşəriyyət üçün xüsusi önəmə malikdir.

O.Qolodets bildirib ki, hazırda dünyada milli münaqişələr alovlanır və bütün ölkə siyasətçilərinin əsas vəzifəsi, missiyası bunun qarşısını almaqdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.