https://news.day.az/azerinews/826136.html Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin vaxtı açıqlandı

Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin vaxtı açıqlandı

Azərbaycanca, 29 сентября 2016 15:14 (UTC +04:00) 848
Minsk qrupu həmsədrlərinin regiona növbəti səfərinin vaxtı açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-in Minsk qrupunun həmsədrləri oktyabr ayında regiona səfər edəcəklər.

Day.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.

Nazir deyib ki, həmsədrlərlə Nyu-Yorkda görüşüb: "Həmsədrlər hesab edirlər ki, işimizi davam etdirməliyik. Təklif etdilər ki, gələn ay regiona gəlsinlər. Həmsədrlər oktyabrda regiona səfər edəcəklər. Çox güman ki, səfər oktyabrın 2-ci yarısı olacaq. Hazırda səfərin tarixi dəqiqləşdirilir".

E.Məmmədyarov deyib ki, həmsədrlər həm Azərbaycan, həm də Ermənistana gedəcəklər: "Ola bilsin ki, ondan sonra prezidentlərin görüşü və ya görüşlə bağlı hansı təklifləri irəli sürəcəkləri müəyyənləşəcək".

XİN rəhbəri rusiyalı həmkarı Sergey Lavrovla da bu məsələni müzakirə etdiyini bildirib: "Prezidentlərin Sankt-Peterburq görüşündə də qeyd olundu ki, bir də görüşmək lazımdır ki, məsələni irəli aparaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости