https://news.day.az/azerinews/827172.html Bakıda məmuru avtomobillə vurdular - TƏFƏRRÜAT

Bakıda məmuru avtomobillə vurdular - TƏFƏRRÜAT

Azərbaycanca, 3 октября 2016 14:32 (UTC +04:00) 2 059
Bakıda məmuru avtomobillə vurdular

Day.Az представляет новость на азербайджанском языке

Keçən həftə avtomobil tərəfindən vurulan piyadanın vəzifəli şəxs olduğu məlum olub.

Day.Az report-a istinadən bildirir ki, avtomobillə vurularaq xəstəxanaya yerləşdirilən Bakı şəhər sakini Feliks Bayramov Kənd Təsərrüfatı Nazirliyi Təchizat Bazasının direktoru vəzifəsində çalışır.

Xatırladaq ki, hadisə sentyabrın 29-da saat 20 radələrində baş verib. Belə ki, Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən F.Bayramov vurulub və o, xəstəxanaya yerləşdirilib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 7-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "KİA" markalı avtomobilin sürücüsü - paytaxt sakini Emin Günəşli tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости