https://news.day.az/azerinews/830198.html Ermənilərdən daha bir təxribat: Qarabağda terrorçu bayrağı - FOTO

Ermənilərdən daha bir təxribat: Qarabağda terrorçu bayrağı - FOTO

Azərbaycanca, 12 октября 2016 14:37 (UTC +04:00) 2 766
Ermənilərdən daha bir təxribat: Qarabağda terrorçu bayrağı

Day.Az представляет новость на азербайджанском языке

Ermənilər işğal altında saxladıqları Qarabağ ərazisində təxribatlara davam edirlər.

Day.Az modern.az-a istinadən bildirir ki, dünya birliyinin terror təşkilatı kimi tanıdığı ASALA qruplaşmasının bayrağı Qarabağdakı təmas xəttində asılıb. Bu fotofaktı ermənilər sosial şəbəkədə yayıblar. Onlar həmin bayrağın 2011-ci ildən bəri təmas xəttinin Tərtər rayonu istiqamətindəki döyüş mövqelərində asıldığını və Azərbaycan mövqelərindən göründüyünü yazırlar.

Xatırladaq ki, ASALA terror təşkilatı 1975-ci ildə Livanın paytaxtı Beyrutda yaradılıb. Təşkilat əksəriyyəti türk diplomatı olmaqla, ümumilikdə 46 nəfərin ölümünə bais olub. 1988-ci ildə liderləri Akop Akopyan Afinada öldürüldükdən sonra ASALA fəaliyyətinə son qoyub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

  • Ermənilərdən daha bir təxribat: Qarabağda terrorçu bayrağı
  • Ermənilərdən daha bir təxribat: Qarabağda terrorçu bayrağı
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости