Sürücülərə XƏBƏRDARLIQ: "Noyabr və dekabr ayını gözləməyin"

Day.Az представляет новость на азербайджанском языке

Ölkə üzrə yağmurlu hava şəraiti davam edir. Belə havada nəqliyyat vasitələrinin hərəkət sürətini azaltmaq lazımdır.

Day.Az bildirir ki, bunu azvision.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev deyib.

DYP rəsmisi bildirib ki, sürücülərdən metroloji hava şəraitini nəzərə almaları tövsiyə olunur:

"Yağışın intensiv yağması nəticəsində şəhərin bəzi ərazilərində gölməçələr yaranıb. Uzun müddət istismarda olan avtomobillər yığılmış sudan keçən zaman problem yaranır. Belə ki, müəyyən mexaniki hissələr su çəkir və avtomobil sönüb. Bu da həmin istiqamətdə nəqliyyatın hərəkətində problemlərin yaranmasına gətirib çıxarır. Xahiş edərdik, uzun zamandır istismar olunan avtomobillərdən belə hava şəraitində mümkün qədər az istifadə olunsun".

K.Əliyev vurğulayıb ki, sürücülərimiz qarşıdan qış fəslinin gəlməsini nəzərə alaraq öz avtomobillərini qış mövsümünə hazırlamalıdırlar: "İndidən avtomobilin mühərikinin soyutma mayesini donmayan maye ilə əvəz etmək lazımdır. Bunun üçün noyabr və dekabr ayını gözləmək lazım deyil. Hər bir sürücü öz avtomobilini qış mövsümünə hazır etməlidir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.