Bakıda naməlum avtomobil 56 yaşlı kişini vuraraq qaçıb

Day.Az представляет новость на азербайджанском языке

Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Mayak qəsəbəsi ərazisində 1960-cı il təvəllüdlü Niyaz Əhməd oğlu Ələkbərovu maşın vurub. Hadisəni törədən sürücü hadisə yerini tərk edib.

Yaralını yoldan keçən avtomobillərdən birinin sürücüsü 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb.

Hadisə barədə Qaradağ Rayon Polis İdarəsinə məlumat verilib. Piyadanı vuran avtomobilin saxlanılması istiqamətində tədbirlər görülür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.