Partiya sədrinin canlı efirdə elə bir fotosu üzə çıxdı ki

Day.Az представляет новость на азербайджанском языке

Canlı yayımda Perinçekin Öcalanla çəkdirdiyi fotoşəkillər göstərildi.

"Vətən Partiyası" lideri Doğu Perinçek ölkəsində qatıldığı bir televiziya verilişində "sürpriz"lə qarşılaşıb.

Day.Az milliyet-ə istinadən bildirir ki, "PKK-nın qarşısında duran bir partiyayıq" deyən partiya sədrinə qəfildən PKK başçısı Abdullah Öcalan ilə bir zamanlar çəkdirdiyi fotolar göstərilib. Ekranda Öcalanla fotosunu görən Perinçek sərt reaksiya verərək: "Mən təşkilatın başçısıyla görüşdüm, amma PKK-nın qolu HDP ilə hər gün hər kəs görüşür. Mən də onların liderləri ilə görüşmüşəm", - ifadələrini işlədib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Partiya sədrinin canlı efirdə elə bir fotosu üzə çıxdı ki...