Bəyin sevgilisi toya gəlib dava saldı

Day.Az представляет новость на азербайджанском языке

Sosial mediada Qanada keçirilən bir toydan maraqlı görüntülər yayılıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, bir bəy və gəlin nikahlarında evlilik andı içdikləri zaman ortalıq qarışıb. Bəyin gizli eşq yaşadığı bir qadın gəlinin geyindiyi libasın eynisini geyinmiş vəziyyətdə məclisə gəlib. Üzərində mikrofon olan qadın bəyin etdiklərini danışaraq toyda qalmaqal yaranıb.

Gəlin və bəyin dostları onu salondan çıxartmaq istəsələr də, cəhdləri baş tutmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bəyin sevgilisi toya gəlib dava saldı