Bakıda dəhşətli QƏTL

Day.Az представляет новость на азербайджанском языке

Bakıda 23 yaşlı oğlan bıçaqlanaraq öldürülüb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakini 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğluna 12 bıçaq zərbəsi vurulub. K.Quliyev xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.