https://news.day.az/azerinews/846441.html Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Azərbaycanca, 2 декабря 2016 12:15 (UTC +04:00) 1 107
Səfir: "Türkiyədə erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək"

Day.Az представляет новость на азербайджанском языке

"Türkiyənin Tunceli vilayətinin Nazimiye bölgəsində erməni və kürd terrorçularına ucaldılan abidə söküləcək".

Day.Az xəbər verir ki, bunu report-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.
Onun sözlərinə görə, bu abidə qanunsuz olaraq ucaldılıb: "Bütün qanunsuz tikililər kimi həmin tikili də sökülməlidir".
Səfir söküntü işlərinin nə vaxt başlayacağı və tamamlanacağının hələlik bəlli olmadığını bildirib. 
Tunceli valiliyi və Nazimiye bələdiyyəsindən isə "Report"a bildiriblər ki, həmin ərazidə erməni və kürd terrorçularına abidə qoyulması haqqında məlumatları yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyə mətbuatında Tunceli vilayətinin Nazimiye bölgəsində ermənilərin ASALA və kürdlərin PKK terror təşkilatının üzvləri olanların adları əks olunduğu abidə ucaldığı barədə məlumat yayılıb. Daha sonra həmin abidənin yaxın zamanlarda söküləcəyi bildirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости