Sürücülərə XƏBƏRDARLIQ: Bakıda bu yollarda tıxac var - YENİLƏNİB - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
----------
11:19
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.
İdarənin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov azvision.az-a bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır.
V.Əsədov sürücüləri ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb: "Şəxsi avtomobillərdən istifadə edənlər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti və yolun vəziyyəti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürət qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanması və onların aydın şəkildə görünməsi təmin olunmalı, işıq cihazlarının görünməsi təmin edilməlidir.
Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadalardan xahiş edilir ki, yolların hərəkət hissəsinə çıxmasınlar, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçsinlər, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etsinlər, valideynlər azyaşlı uşaqların qapalı şəraitdə olmasına diqqət yetirsinlər".
---------
10:25
Paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Day.Az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 09:30 olan məlumata əsasən, Tbilisi prospekti (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospekti (Şəhər istiqamətində), Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Yusif Səfərov küçəsi (Şəhər istiqamətində) sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyi sürücülərin diqqətinə çatdırır ki, yollar buz bağladığına görə nəqliyyat vasitələrini ehtiyatla idarə etsinlər.
Xəyal Abdullayev
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре