Şəmkirdə dəhşətli qətl
Day.Az представляет новость на азербайджанском языке
Şəmkirdə qətl törədilib.
Day.Az APA-ya istinadən xəbər verir ki, rayonun Morul kənd sakini, 1978-ci il təvəllüdlü Quliyev Süleyman Çingiz oğlu qarnın kəsilmiş-deşilmiş xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilsə də, bir neçə saatdan sonra reanimasiya şöbəsində ölüb. Aparılan araşdırma zamanı məlum olub ki, S.Quliyevi mübahisə zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Rəhim Ağayev bıçaqlayaraq qətlə yetirib. R. Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре