Terrorçu hələ də İstanbulda - ŞOK FAKT ÜZƏ ÇIXDI
Day.Az представляет новость на азербайджанском языке
Təhlükəsizlik gücləri "Reina"nı qana bulayan İŞİD-çi terrorçunun hələ də İstanbulda olduğunu və bir evdə gizləndiyini düşünür. Polis İŞİD-çilərə aid olduğundan şübhələndiyi bütün evləri bir-bir axtaracaq.
Milli.Az "Yeni Şafak"a istinadən xəbər verir ki, terrorçunun "Reina"da terror törətdikdən sonra getdiyi yerləri polis addımbaaddım müəyyən edib.
Təhlükəsizlik gücləri "Reina"nı qana bulayan İŞİD-çinin axtarışı zamanı bir çox evdə terror təşkilatına aid sənədlər ələ keçirib. Bundan əlavə, terrorçuya aid olduğu ehtimal edilən kompüteri də götürən polislər terrorçuya dair bəzi məlumatların o kompüterə arxiv olaraq yazıldığını müəyyən ediblər.
15 gün ərzində İstanbulda hücum hazırlığı edən terrorçu ilə əlaqədar yeni detallar da ortaya çıxır.
"Reina"nın administratoru Mehmet Koçarslanın ziddiyyətli açıqlamasında gecə klubu ilə bağlı maraqlı bir detal ortaya çıxıb. İddiaya görə, Koçarslan terror təhdidini nəzərə alaraq uzun müddət öncə təqaüdə çıxan polis əməkdaşı ilə razılığa gəlib. Terrordan 1 ay öncə isə gecə klubundakı təhlükəsizliyə cavabdeh olan sabiq polis əməkdaşı işdən çıxarılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре