https://news.day.az/azerinews/856248.html "Bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb" - Ərdoğan

"Bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb" - Ərdoğan

Azərbaycanca, 5 января 2017 17:14 (UTC +04:00) 1 943
"Bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb"

Day.Az представляет новость на азербайджанском языке

Türkiyəni terror təşkilatları ilə diz çökdürməyə çalışırlar.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada "Keçiörən" metro stansiyasının açılışında çıxışı zamanı deyib.

R.T.Ərdoğan bildirib ki, bu gün Türkiyə 7 dövlətə qarşı dayanıb: "Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar. Məlum oldu ki, bunların dərdi bölgəni İŞİD-dən təmizləmək deyil. İŞİD, PKK, YPG, FETÖ, DHKP-C - bunların bir-birindən heç bir fərqi yoxdur".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости