https://news.day.az/azerinews/884791.html Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Azərbaycanca, 7 апреля 2017 17:10 (UTC +04:00) 963
Məzahir Pənahov siyasi partiyalara xəbərdarlıq etdi

Day.Az представляет новость на азербайджанском языке

Mərkəzi Seçki Komissiyası (MSK) maliyyə hesabatı təqdim etməyən siyasi partiyalara müraciət edib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 19 siyasi partiya maliyyə hesabatını təqdim etməyib.

Onun sözlərinə görə, problemin yaranmasının səbəblərindən biri də bir sıra partiyaların sədrlərinin səlahiyyət müddətinin başa çatmasıdır.

M.Pənahov qeyd edib ki, həmin partiyalar qanunvericiliyə uyğun olaraq yenidən sədrlərini seçməli və qanuni səlahiyyətli olan şəxs maliyyə hesabatını təqdim etməlidir:

 

"Biz yenə də dözümlü mövqe nümayiş etdirərək çalışacağıq ki, partiyaların hamısı maliyyə hesabatlarını versinlər. Biz bir daha siyasi partiyalara müraciət edirik ki, maliyyə hesabatlarını təqdim etsinlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости