Azərbaycan hotellərində də "halallıq" olacaq
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda ölkənin multikultural dəyərlərini özündə ehtiva edən halal turizm modeli yaradılıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifəsini icra edən Namiq Tağıyev bu gün "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinə həsr olunan tədbirdə bildirib.
Son zamanlar müsəlman ölkələrindən çoxsaylı turistlərin gəldiyini və may ayında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları əvvəli halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini deyən institut rəsmisi "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini söyləyib.
Onun sözlərinə görə, "Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar" standartı halal turizm xidmətlərindən biri olan halal xidmət göstərən mehmanxanalar başda olmaqla, istirahət mərkəzləri, motellər, digər mehmanxana tipli obyektlər üçün "Halal idarəetmə sistemi"ni əhatə edir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре