Gümrüdə öldürülən rusiyalı hərbçiyə 8 bıçaq zərbəsi endirilib
Day.Az представляет новость на азербайджанском языке
Gümrüdə öldürülən rusiyalı hərbçi Dmitri Yalpayev boğaz, baş və bel nahiyəsindən 8 bıçaq zərbəsi alıb. Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin məlumatında bildirilib.
Hərbçi ağır kəsilmiş-deşilmiş yaralardan hadisə yerində keçirib. İnsident aprelin 22-də axşam 17.00 radələrində Rusiyanın Gümrüdəki 102-ci bazasının yaxınlığındakı mağazanın qarşısında baş verib.
Rusiyalı hərbçini qətlə yetirməkdə ittiham olunan Arman Cancuqazyan həbs edilib.
Qeyd edək ki, C.Ancuqazyan bir müddət əvvəl qismən anlaqlı və hərbi xidmətə yararsız hesab edilib.
Martın əvvəlində ekspertiza onda müəyyən psixi problemlərin olduğunu müəyyən edib. Bundan sonra o qismən anlaqlı hesab edilib və müdafiə nazirinin əmri ilə ordu sıralarından tərxis olunub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре