"Əvvəl 20 idi, indi bilmirəm" - Sakinlər ev nömrələrindən xəbərsizdirlər

Day.Az представляет новость на азербайджанском языке

Bəli, bu problemə daha çox fərdi evlərdə təsadüf olunur. Sovet İttifaqı dağıldıqdan sonra küçələrin adlarının dəyişdirilməsi prosesi nəticəsində hər küçəyə yeni ad, yeni ev nömrə nişanları verilib. Demək olar ki, küçələrin adı təmamilə yenilənib. Ancaq məsələ burasındadır ki, yeni adlar verilsə də bəzi evlərin ünvanı və nömrələri əks olunan lövhələr demək olar ki, əksər fərdi evlərdə yoxdur. Hətta evinin nömrəsinin neçə olduğunu bilməyənlərə belə rast gəlmək mümkündür.

Day.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Sakin: "Bildiyim qədəri ilə nömrə 44 idi. Ancaq bir neçə il əvvəl qapını rənglədikdən sonra nömrənin nə olduğunu bilmirik".

Sakin: "Əvvəlcə 20 olub, daha sonra 189 oldu. İndi isə bilmirik."

Bu məsələ isə ən çox həmin ərazidə yaşamayanları çətin vəziyyətə salır. Yəni kənardan gələnlər hansısa evi axtarırsa bunun üçün gərək həmin küçədə bir neçə nəfərə müraciət eləsin. Onlardan da biri ya həmin evi tanıyacaq ya da ki yox. Yəni asan başa gələcək məsələ böyük problemə çevrilir. Ən əsası da vaxt itkisinə səbəb olur.

Sakin: "Yolun qırağında rastlaşdığı adamdan soruşmalıdı ki, filankəsin evi haradadır? Əgər o da göstərsə tapa bilər. Yoxsa  belə mümkün deyil".

Sakin: "17 ildir taksi işləyirəm, ev nömrələrində çətinlik olur".

Son dövrlərdə kəndlərə belə küçə adlarının verilməsinə baxmayaraq bu problemin niyə həll olunmaması isə sual doğurur. Bu işlə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri xidməti və rayon icra hakimiyyətləri məşğul olur. Yəni İcra hakimiyyəti küçələrə ad verməli, digər qurum isə necə deyərlər, qapılara nömrə vurmalıdır.

Ramiz Quliyev - DAKÜRX-nin rəisi: "Qanunvericiliyə müvafiq olaraq, həmin küçələrin adlandırılması bilavasitə rayon-şəhər icra hakimiyyətləri tərəfindən aparılır. Ona görə də biz müraciət etmişik. 

Məsələn, Xaçmazda bu problem özünü qabarıq şəkildə biruzə verir. Rayonda hazırda ona 10 yaxın adsız küçə mövcuddur ki, bu küçələr hələ də adlanacağı günü gözləyir.

Sakin: "Qonaq gələndə zəng eləyir ki, çətinlik çəkirəm. Küçənin adı olsa, rahat tapılar".

Bu problemin digər qaynağı isə sənədsiz evlərlə bağlıdır. Belə evlərin isə istər paytaxtda, istərsə də bölgələrdə olması ünvan lövhələrinin asılmasına da maneə yaradır.

Ramiz Quliyev - DAKÜRX-nin rəisi: "Yeni tikililər olur, sənədlərdə aparılacaq dəyişikliklərlə əlaqədar müraciətlər olur. Daşınmaz əmlak tərəfindən həmin müraciətlər cavablandırılır.

Ünvan problemi isə operativ nəqliyyat vasitələrinin də işini xeyli çətinləşdirir. Yanğından mühafizə vaxtında hadisə yerinə, təcili tibbi yardım isə xəstə yardımına gecikir. Çünki ünvanı tapa bilmir ya da ünvan haqqında məlumatı yoxdur. Hər halda problem həll olunsa, nə evi tanımayanlar əziyyət çəkər, nə də xüsusilə təcili yardıma ehtiyacı olanların gözü saatlarla yolda qalar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: