Mançesteri qana bulayan 22 yaşlı terrorçunun ilk FOTOsu

Day.Az представляет новость на азербайджанском языке

İngiltərənin Mançester şəhərində partlayış törədib, 22 nəfəri öldürən, 59 nəfəri ömürlük şikəst edən terrorçu Salman Abedinin ilk fotoları yayılıb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, 1994-cü ildə Mançesterdə doğulan Salman Abedi liviyalıdır. O, Qəddafinin dönəmində ölkəsindən qaçaraq İngiltərəyə sığınıb.

May ayının 22-də Ariana Qrandenin konserti bitdikdən sonra üzərindəki bombanı partladan Salman özü də ölüb. Onun iki qardaşı və 18 yaşlı bacısı var.

Milli.Az Britaniya mediasına istinadla onun fotolarını təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.