Allahşükür Paşazadə: "Bu məsələlərdə diqqətli olun"

Day.Az представляет новость на азербайджанском языке

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı bütün dindarlara xəbərdarlıq edib.

Trend-in məlumatına görə, A.Paşazadə dindarlara, o cümlədən axund və imamlara Ramazan ayı boyunca iftardan əvvəl məclislərdə iştirak etməməyi tövsiyə edib:

"Müsəlman din xadimi Ramazan ayı boyunca iftardan əvvəl məclislərə getməməli, iştirakçısı və təşkilatçısı olmamalıdır. Belə məsələdə diqqətli olun".

A.Paşazadə deyib ki, bu cür hallara yol verən axund və imamlar vəzifələrindən uzaqlaşdırıla bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.