Yol Polisindən sürücülərə MÜRACİƏT

Day.Az представляет новость на азербайджанском языке

"Hazırda paytaxtda davam edən güclü külək səbəbindən Bakı şəhəri üzrə yol hərəkəti ilə bağlı hələ ki hər hansı bir hadisə qeydə alınmayıb".

Day.Az bildirir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

V.Əsədov sürücüləri diqqətli olmağa çağırıb: "Biz də sürücülərə, avtomobil sahiblərinə müraciət edirik ki, belə hava şəraitində diqqətli olsunlar, yol hərəkəti qaydalarına riayət etsinlər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.