https://news.day.az/azerinews/909338.html Türkiyədə əməliyyat - 7 PKK üzvü məhv edildi Day.Az представляет новость на азербайджанском языке Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib. Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Türkiyədə əməliyyat - 7 PKK üzvü məhv edildi

Azərbaycanca, 24 июня 2017 19:53 (UTC +04:00) 1 538
Türkiyədə əməliyyat - 7 PKK üzvü məhv edildi

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin cənub-şərqində yerləşən Siirt və Həkkari vilayətlərində aparılan antiterror əməliyyatları nəticəsində PKK terror təşkilatının 7 üzvü məhv edilib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının yaydığı məlumatda deyilir.

Terrorçulardan 5-i Siirtin Pervari əyalətində məhv edilib. Onların "M-16" və "Kalaşnikov" markalı avtomatlarla silahlandığı bildirilir. Hadisə yerinə baxış keçirilərkən orada radioqəbuledici və bir neçə partladıcı maddə aşkarlanıb.

Digər 2 terrorçu isə artilleriyanın dəqiq qərbəsi nəticəsində Həkkarinin Çuxurca rayonunda məhv edilib.

O da qeyd edilib ki, əməliyyat çərçivəsində terrorçularla əlaqədə şübhəli bilinən 16 şəxs saxlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости